Donbasda ”sükut rejimi” qüvvəyə minib

Donbasda ”sükut rejimi” qüvvəyə minib
# 31 avqust 2016 23:22 (UTC +04:00)

Bakı-APA. Ukraynanın cənub-şərqində münaqişə zonasında “sükut rejimi” qüvvəyə minib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə avqustun 26-da Minskdə Ukrayna üzrə Təmas qrupunun iclasında razılığa gəlinib.

 

Sentyabrın 1-i, saat 00:00-dan qüvvəyə minən atəşkəs rejimi yeni tədris ilinin başlanılması ilə əlaqələndirilib. Bu gün tərəflər videokonfrans keçirərək  “sükut rejimi” ilə bağlı razılaşmaya əməl olunmasını müzakirə edəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR