Havanın temperaturu 32 dərəcəyə yüksələcək

Havanın temperaturu 32 dərəcəyə yüksələcək
# 20 sentyabr 2016 10:17 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bakı və Abşeron yarımadasında sentyabrın 21-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya verilən məlumata görə, mülayim cənub-qərb gündüz arabir güclənəcək. 

 

Havanın temperaturunun gecə yarımadada 18-21° isti, gündüz  25-30° isti, Bakıda gecə 18-20° isti, gündüz 27-29° isti olacağı gözlənilir.

 

Atmosfer təzyiqi 760 mm civə sütunundan 754 mm civə sütununa enəcək. 

 

Nisbi rütubət gecə 70-75%, gündüz 55-60% təşkil edəcək.          

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.

 

Cənub-qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturunun gecə 14-19° isti, gündüz 27-32° isti, dağlarda gecə 9-14° isti, gündüz 16-21° isti olacağı gözlənilir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR