Narkotik istehlak etməsi müəyyənləşdirilən vətəndaşlar vergi orqanlarında xidmətə qəbul olunmayacaq

Narkotik istehlak etməsi müəyyənləşdirilən vətəndaşlar vergi orqanlarında xidmətə qəbul olunmayacaq
# 12 mart 2024 14:40 (UTC +04:00)

Tibbi müayinə nəticəsində narkotik vasitələri və psixotrop maddələri istehlak etməsi müəyyən olunmuş vətəndaşlar vergi orqanlarında xidmətə qəbul oluna bilməz.

APA-nın xəbərinə görə, bu, Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnaməyə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sabah keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR