Narkotiklərin qanunsuz dövriyyəsinə görə məsuliyyətə cəlb olunan əcnəbilərin sayı açıqlanıb

Narkotiklərin qanunsuz dövriyyəsinə görə məsuliyyətə cəlb olunan əcnəbilərin sayı açıqlanıb
# 15 dekabr 2021 15:56 (UTC +04:00)

Bu ilin 11 ayında narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 5725 nəfər cəlb edilib.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından APA-ya bildirilib ki, cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 62 nəfəri xarici ölkə vətəndaşıdır. Onların 24-ü İran İslam Respublikası, 12-si Gürcüstan, 14-ü Rusiya, 7-si Türkiyə, 3-ü Ukrayna, 1-i Hindistan və 1-i isə Pakistan vətəndaşı olub. Xarici ölkə vətəndaşlarından ümumilikdə 1 ton 856 kq 100,187 qr və 5004 ədəd müxtəlif növ narkotik vasitə, psixotrop maddə və 1580 ədəd güclü təsir edən maddə götürülüb.

Hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 320 fakt aşkar edilib və həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 3 ton 401 kr 205.326 qr müxtəlif növ narkotik vasitələr və psixotrop maddə çıxarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR