Naxçıvanda yeni təyin olunan müavin təhsil nazirinin səlahiyyətlərini icra edəcək

Naxçıvanda yeni təyin olunan müavin təhsil nazirinin səlahiyyətlərini icra edəcək
# 16 oktyabr 2023 11:28 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavini Anar İbrahimov oktyabrın 16-da Elxan Nəcəfovun Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini təyin edilməsi haqqında Sərəncam imzalayıb.

APA xəbər verir ki, Elxan Nəcəfov həm də Naxçıvan Muxtar Respublikasının təhsil nazirinin səlahiyyətlərini müvəqqəti icra edəcək.

Qeyd edək ki, 1982-cildə Babək rayonunun Nehrəm kəndində anadan olan Nəcəfov Elxan Tarqulu oğlu bu təyinatadək Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri vəzifəsində çalışıb.

O bu gün kollektivə təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR