Nazir: "Bağçalarda icbari təhsilin tətbiqi gündəmdə deyil"

Emin Əmrullayev

© APA | Emin Əmrullayev

# 21 dekabr 2021 11:41 (UTC +04:00)

Məktəbəqədər təhsilin icbari olub-olmayacağına aydınlıq gətirilib.

APA-nın xəbərinə görə, təhsil naziri Emin Əmrullayev bildirib ki, hələ ki, bağçalarda icbari təhsilin tətbiqi gündəmdə deyil: “Düşünmürəm ki, yaxın gələcəkdə bu, mümkün olsun. Biz istəyirik ki, daha çox uşaq bağçalara getsin. Çünki bağçalar bir neçə problemi həll edir: “İlk növbədə bu uşaqların təhsilidir. İkinci, qadınların işləməsinə şərait yaradır. Bağça çox olduqca bu, bu iqtisadiyyatın inkişafına təsir edir. Bağçaların sayının artması hər kəsin marağındadır. Sadəcə, bu, dayanıqlı sistemlə artmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR