Nazir: "İxtisaslı işçi qüvvəsinin sayı çox azdır"

Sahil Babayev

© APA | Sahil Babayev

# 24 sentyabr 2021 11:06 (UTC +04:00)

“Rəqəmsal transformasiyanı həyata keçirə biləcək mütəxəssislərə ehtiyac var”.

APA-nın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “Nizami Gəncəvi ili"nə həsr olunmuş “Post COVID -19 və 4-cü sənaye inqilabı perspektivlərində təhsilin dizaynı” mövzusunda beynəlxalq konfransda deyib.

O bildirib ki, hazırda əmək bazarında çağırışlar çox ciddidir: “Öz sahəsində işləyən ixtisaslı işçi qüvvəsinin sayı gözləntilərimizdən çox azdır. Əlbəttə, burada obyektiv səbəblər də var. Bizdə hələlik qeyri-formal, distant təhsilin iş yerində tam tanınmaması burada faktor rolunu oynayır. Ümumi məşğul əhalinin içində ixtisaslı işçi qüvvəsinin sayı azdır. Dövlətin icra etdiyi proqramlarda da bu, özünü göstərir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR