Nazir: "Magistr səviyyəsi üzrə xaricdə təhsil üçün meyarlara uyğun müraciətçilərin sayı düşündüyümüzdən az olub"

Nazir: "Magistr səviyyəsi üzrə xaricdə təhsil üçün meyarlara uyğun müraciətçilərin sayı düşündüyümüzdən az olub"
# 23 avqust 2022 11:38 (UTC +04:00)

"Xaricdə təhsillə bağlı Fərmandan sonra bu il mühəndislik, elm, texnologiya sahəsində olan tələbələrin xaricə göndərilməsini təmin edirik. İlk il olduğuna görə, magistr səviyyəsi üzrə xaricdə təhsil proqramının meyarlarına uyğun gələn müraciətçilərin sayı düşündüyümüzdən az olub".

APA xbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, 80 bakalavr, 190 nəfər isə magistr üzrə xaricdə təhsil proqramına seçilib:

"Boş qalan yerlərə də elan verilib. Düşünürəm ki, bu həftə və ya gələn həftə təkrar müraciətlərə baxılacaq. Bu il ümumilikdə 300-dən artıq tələbənin xaricdə təhsil proqramına seçiləcəyini proqnozlaşdırırıq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR