Nazir müavini: “Texnoloji ixtisaslar üzrə tələbə qəbulu 75 faiz artıb”

İdris İsayev

© APA | İdris İsayev

# 24 sentyabr 2021 11:15 (UTC +04:00)

“Tələbə qəbulu üzrə statistikaya diqqət yetirsək görərik ki, texnoloji ixtisaslar üzrə tələbə qəbulu ötən dövrlərə nisbətən 75 faiz artıb”.

APA-nın məlumatına görə, bunu təhsil naziirnin müavini İdris İsayev “Nizami Gəncəvi İli"nə həsr olunmuş “Post COVID -19 və 4-cü sənaye inqilabı perspektivlərində təhsilin dizaynı” mövzusunda beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, bəzi ixtisaslar üzrə, xüsusən dövlət sifarişli üzrə tələbə qəbulu dəfələrlə artıb: “Məsələn, İKT ixtisaslarında bunu qeyd edə bilərik. Kompüter elmləri üzrə 1.9 dəfə, kompüter mühəndisliyi üzrə 2.4 dəfə, informaisya texnologiyaları üzrə 2.6 dəfə, informaisya təhlükəsizliyi ixtisası üzrə 3.9 dəfə tələbə qəbulu artıb”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR