Nazir rayon təhsil şöbələrində çalışanların taleyinə aydınlıq gətirib

Emin Əmrullayev

© APA | Emin Əmrullayev

# 21 dekabr 2021 10:57 (UTC +04:00)

Təhsil naziri Emin Əmrullayev rayon təhsil şöbələrində çalışanların taleyinin necə olacağına aydınlıq gətirib.

APA-nın xəbərinə görə, nazir dövlət başçısının dünən təhsillə bağlı imzaladığı sərəncamlara dair brifinqdə bildirib ki, regional idarələrin yaranması rayon şöbələrin ləğv edilməsi demək deyil.

“Həmin şöbələrdə çalışan işçilər dövlət qulluğu haqqında qanunvericiliyə görə yeni strukturda işlə təmin olunacaqlar. Əgər həmin şəxslər rayon təhsil şöbələrində dövlət qulluğunda daimi müqavilə ilə çalışırdılarsa, onlar işsiz qalmayacaq. Yerli idarəetmə strukturunda və ya idarənin özündə təyinat məsələsinə baxılacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR