Nazir: "Son 3 ildə sosial islahat paketinə 5 milyard manatdan artıq vəsait ayrılıb"

Sahil Babayev

© APA | Sahil Babayev

# 27 yanvar 2022 11:35 (UTC +04:00)

"Korporativ məsuliyyət proqramı hər istiqamətdə inkişaf edir. Son 3 ildə 3 böyük sosial islahat paketinə dövlət 5 milyard manatdan artıq vəsait ayırıb".

APA-nın məlumatına görə, bunu korporativ sosial məsuliyyət tədbirlərində aktiv iştirak edən sosial tərəfdaşların mükafatlandırılması mərasimində əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib. Onun sözlərinə görə, ötən ilin dekabrında da sosial paket elan edilib, 2 milyondan artıq insanın sosial vəziyyətinin yaxşılaşması üçün 1,5 milyon manat vəsait ayrılıb: "Son 3 ildə minimum əmək haqqı 2,3, minimum pensiya 2, median pensiya 2, median əmək haqqı 2, əmək haqqı fondu 2,1 dəfə artıb. Minimumların artması həssas təbəqələrinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün çox vacibdir. Orta və yuxarı gəlirli əhalinin özünü təmin etmə səviyyəsi genişdir, amma dövlət sosial dövlət prinsipini ilk növbədə ən aşağı gəlirli insanlara yönəldir".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR