Nazirlik: Omicronun uşaqlarda aşkarlanması ilə bağlı rəsmi statistika yoxdur

Səhiyyə Nazirliyi

© APA | Səhiyyə Nazirliyi

# 26 yanvar 2022 15:32 (UTC +04:00)

“Hələ ki, ölkədə Omicronun uşaqlarda aşkarlanması ilə bağlı rəsmi statistika yoxdur”.

APA xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov “COVID-19” mövzusunda çıxışında deyib. O bildirib ki, dünya təcrübəsinə görə, uşaqlar arasında Delta ştamı ilə müqayisədə Omicrona yoluxma çoxdur: “Onlar da bu xəstəliyi böyüklərdəki kimi keçirirlər. Soyuqdəymə simptomları müşahidə olunur. Böyüklərdəki kimi ağırlaşma halları olmur”.

O qeyd edib ki, son zamanlar uşaqlar arasında eyni simptomlarla müşahidə olunan hallar var idi: “Bu hallar əvvəlki illərdən çox deyildi. Digər respirator virus infeksiyasına xas hallar idi. Sadəcə COVID-lə bağlı bu saylar azalmışdı”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR