Lənkəranda avtomobil piyadanı vurub

Lənkəranda avtomobil piyadanı vurub
# 20 noyabr 2016 18:41 (UTC +04:00)

Lənkəranda piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.

 

APA-nın cənub bürosunun məlumatına görə, hadisə bu gün saat 21.00 radələrində şəhərin Füzuli küçəsi  ərazisində qeydə alınıb.

 

Naməlum avtomobil yolu keçmək istəyən piyada,  Lənkəran şəhər sakini, 36 yaşlı Nazim İltifat oğlu Verdiyevi vurub. Bədən xəsarəti almış N.Verdiyev təcili yardım maşınında Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Burada zərərçəkmişə zəruri tibbi yardım göstərilib və hazırda vəziyyəti qənaətbəxş qiymətləndirilir.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR