Səfir: "Azərbaycan və İran prezidentlərinin görüşündə Suriya məsələsi də müzakirə olunub"

Səfir: "Azərbaycan və İran prezidentlərinin görüşündə Suriya məsələsi də müzakirə olunub"
# 25 fevral 2016 10:14 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA. "Azərbaycan və İran prezidentlərinin görüşündə Suriya məsələsi də müzakirə olunub".

APA-Economics”in məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin bildirib.

Səfirin sözlərinə görə, görüşdə vurğulanıb ki, terrorizm region üçün ciddi problem, böyük təhlükədir, regiondakı münaqişələr sülh yolu ilə həll olunmalıdır.

“Suriya məsələsində hər iki tərəf eyni fikirdədir ki, Suriya dövlətinin taleyi həmin ölkənin xalqı tərəfindən müəyyən olunmalıdır. Hər iki tərəf Suriya məsələsinin sülh yolu ilə həllinə diqqət yetirib, müharibə variantını mümkünsüz sayıb. Tərəflər suriyalıların öz aralarında sülh müzakirələri aparmasının vacibliyini də vurğulayıblar”, - deyə diplomat qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR