"OPEC hasilatın dondurulması ilə bağlı razılığa gələ bilməzsə, neftin qiyməti 40 dollara qədər ucuzlaşa bilər". "APA-Economics" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bunu "Goldman Sachs Group Inc." investisiya bankının ekspertləri bildirib.
Bankın analitikləri oktyabrın 31-də hazırladıqları hesabatda OPEC ölkələrinin noyabr ayındakı görüşündə razılığın əldə edilməsi ehtimalının getdikcə sıfıra yaxınlaşdığı qeyd olunub: "Hasilat kvotalarının tətbiq edilməsi müddətində hər hansı irəliləyişin olmaması və OPEC üzvləri arasında getdikcə artan narazılıq noyabrın 30-da razılığın əldə olunması ehtimalını azaldır. OPEC bütün üzvləri razı salacaq anlaşma əldə edə bilməzsə, neftin qiyməti 40 dollara yaxın səviyyəyə qədər azalacaq".