Rauf Arifoğlu "Azadlıq" qəzetini məhkəməyə verib

Rauf Arifoğlu "Azadlıq" qəzetini məhkəməyə verib
# 17 dekabr 2014 08:26 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu “Azadlıq” qəzeti ilə bağlı iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edib.

Yasamal rayon Məhkəməsindən APA-ya verilən məlumata görə, iddia ərizəsi hakim Ayaz Məmmədovun icraatına verilib. İş üzrə məhkəmənin başlanma vaxtı təyin edilməyib.


Qeyd edək ki, bir müddət əvvəl APA-ya açıqlama verən R. Arifoğlu bildirib ki, “Azadlıq” qəzeti ona qarşı davamlı olaraq təhqir kampaniyası apardığı üçün lazımi materiallar toplanaraq məhkəməyə təqdim olunacaq. O, Azərbaycan Xalq Cəbhəsi Partiyasının ( funksionerləri və fəallarının sosial şəbəkələrdə haqqımda apardıqları böhtan-təhqir kampaniyası ilə bağlı faktlar da toplanaraq məhkəməyə təqdim olunacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR