Məhkəmə Qulu Məhərrəmlinin jurnalistə qarşı iddiasını icraata qəbul etməyib

Məhkəmə Qulu Məhərrəmlinin jurnalistə qarşı iddiasını icraata qəbul etməyib
# 25 may 2016 15:04 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Nəsimi rayon Məhkəməsində telejurnalist Qulu Məhərrəmlinin İTV-nin əməkdaşı Rauf Rəcəbova qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib.

R. Rəcəbovun vəkili Elnur Quliyevin APA-ya verdiyi məlumata görə, məhkəmə işi icraata qəbul etməyib. Hakim bildirib ki, iddia əsassız olduğu üçün icraata qəbul edilmir.

Qeyd edək ki, Q. Məhərrəmli R. Rəcəbova qarşı xüsusi ittiham qaydasında iddia ərizəsi ilə Səbail rayon Məhkəməsinə müraciət edib. Q. Məhərrəmli iddia ərizəsində "AzTV"nin onun barəsində çəkdiyi videoda R. Rəcəbovun ona qarşı təhqir səsləndirdiyini bildirib. Səbael rayon Məhkəməsi isə ərizəni baxılmaq üçün Nəsimi rayon Məhkəməsinə göndərib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR