Ombudsman Aparatının əməkdaşları Şəkidə uşaq evinə başçəkmə həyata keçirib

Ombudsman Aparatının əməkdaşları Şəkidə uşaq evinə başçəkmə həyata keçirib
# 28 sentyabr 2021 17:42 (UTC +04:00)

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığına əsasən Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən Şəki Qarışıq Tipli Uşaq Evinə əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə keçirilib.

Ombudsman Aparatından APA-ya bildirilib ki, başçəkmə zamanı müəssisənin tibb, istirahət, yataq, əmək, oyun otaqlarına, kitabxanaya, ərzaq anbarına, mətbəxə, yeməkxanaya, idman zalına, sanitar qovşaqlara, camaşırxanaya baxış keçirilib və mövcud şərait araşdırılıb.

Müəssisədə rəftar məsələlərinin araşdırılması məqsədilə karantin rejimi qaydalarına əməl olunmaqla müəssisə rəhbərliyi, psixoloq və digər əməkdaşlarla fərdi söhbətlər və müsahibələr aparılıb.

Yekunda müəssisə rəhbərliyi və məsul əməkdaşlara milli və beynəlxalq qanunvericiliyə müvafiq şəkildə saxlanma şəraiti, tibbi xidmət və sənədləşmə ilə bağlı müvafiq tövsiyyələr verilib, müəssisənin daxilində yerləşdirilməsi məqsədilə Ombudsmanın 916 Çağrı Mərkəzi barədə məlumatı özündə əks etdirən plakatlar təqdim edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR