Ombudsmanın əməkdaşları əlilliyi olan məhkumlarla görüşüb

Ombudsmanın əməkdaşları əlilliyi olan məhkumlarla görüşüb
# 27 yanvar 2022 18:00 (UTC +04:00)

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) fəaliyyətində məhkumların, o cümlədən əlilliyi olan məhkumların hüquqlarının müdafiəsi mühüm yer tutur.

Ombudsman Aparatından APA-ya bildirilib ki, bu məqsədlə Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən penitensiar müəssisələrdə müntəzəm olaraq monitorinqlər, orada saxlanılan şəxslərlə görüşlər, müraciətlərin qəbulu və araşdırılması həyata keçirilir.

Ombudsman Səbinə Əliyevanın tapşırığı ilə növbəti başçəkmələr Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin qadın məhkumlar üçün 4 saylı cəzaçəkmə müəssisəsində və Müalicə Müəssisəsində keçirilib.
MPQ-nin ixtisasca həkim və psixoloq üzvlərinin də iştirak etdiyi başçəkçələrdə əlilliyi olan 42 məhkumla fərdi görüş keçirib, müraciətləri dinlənilib, bəzi şəxslərin Ombudsmana ünvanlanmış ərizələri qəbul olunub. Məhkumların müraciətlərində yer alan məsələlər, xüsusilə əlilliyə görə pensiya və müavinətlərin dayandırılması və əlilliyin yenidən qiymətləndirilməsində mövcud olan problemlər, tibbi xidmət və dərman preparatları ilə təmin olunma və digər bu kimi məsələlər qanunvericiliyə uyğun şəkildə cavablandırılıb, hüquqları, əfvlə bağlı müvafiq qanunvericiliyin tələbləri, Ombudsmanın səlahiyyətləri izah edilib.

MPQ üzvləri monitorinqlər çərçivəsində əlilliyi olan məhkumlarla yanaşı, üç yaşına çatmamış uşağı ilə birgə yaşayan məhkum qadınlarla, eləcə də yetkinlik yaşına çatmayan uşaqlarla görüşüb, müəssisələrdə rəftar və saxlanma şəraitini araşdırıblar.
Başçəkmələrin yekununda müəssisələrin rəhbərliyinə saxlanma şəraitinin təkmilləşdirilməsi, əlilliyi olan şəxslərin hüquqlarının, xüsusən də sağlamlıq hüququnun təmin edilməsinə diqqətin artırılması məqsədilə tövsiyələr verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR