Türkiyə və Rusiya xarici işlər nazirləri Suriyadakı durumu müzakirə edib

Türkiyə və Rusiya xarici işlər nazirləri Suriyadakı durumu müzakirə edib
# 31 avqust 2016 16:24 (UTC +04:00)

Bakı - APA. Bu gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

APA-nın Rusiya XİN-in saytına istinadən verdiyi məlumata görə, telefon danışığı Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub.

Nazirlər Türkiyənin Suriyada həyata keçirdiyi “Fərat qalxanı” əməliyyatı və Suriyadakı son proseslər barədə müzakirə aparıblar. M. Çavuşoğlu S. Lavrova əməliyyat və müxaliflərin irəliləyişi barədə məlumat verib. Hər iki nazir qısa müddətdə görüşmək barədə razılığa gəliblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR