Bakıda mağazadan 12 min manat dəyərində ətir oğurlayan şəxslər tutulub

Bakıda mağazadan 12 min manat dəyərində ətir oğurlayan şəxslər tutulub
# 03 mart 2016 08:53 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda mağazadan 12 min manat dəyərində ətir oğurlayan şəxslər tutulub.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, martın 2-də Nəsimi rayonu ərazisindəki “Emporium” mağazasının anbarından 12 000 manat dəyərində ətir oğurlanıb.

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Qazax rayon sakini Vaqif Cəfərli, Bakı şəhər sakini İlkin Əsgərov və Göyçay rayon sakini Ruslan Mahmudlu tutulublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR