DSMF-də Apelyasiya Şurası yaradılıb

DSMF-də Apelyasiya Şurası yaradılıb
# 15 fevral 2016 08:02 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Dövlət Sosial Müdafiə Fondunda (DSMF) Apelyasiya Şurası yaradılıb.

Fondun ictimaiyyətlə əlaqələr sektorundan “APA-Economics”ə verilən məlumata görə, DSMF-nin sədr müavini Zakir Babayevin rəhbərlik etdiyi 7 nəfərdən ibarət Şuraya fondun məsul əməkdaşları daxildir.

Apelyasiya Şurası şikayətlərə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məsələlərinə baxacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR