“Ortaq türk tarixi” dərsliyi ilə bağlı təkliflər müzakirə edilib

“Ortaq türk tarixi” dərsliyi ilə bağlı təkliflər müzakirə edilib
# 25 iyun 2023 11:22 (UTC +04:00)

Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayevin sədrliyi ilə ekspert şurasının iclası keçirilib.

AMEA-dan APA-ya verilən xəbərə görə, iclasda türk dövlətlərinin tarixçiləri və təhsil sahəsi üzrə ekspertləri Beynəlxalq Türk Akademiyası tərəfindən hazırlanmış “Ortaq türk tarixi” dərsliyi ilə bağlı Özbəkistan tərəfinin hazırladığı təklifləri müzakirə ediblər.

Özbəkistan Elmlər Akademiyasından daxil olan bu tövsiyələr dərsliyin mətninə əlavə və dəyişikliklərin edilməsi ilə bağlı idi. Onlayn formatda keçirilən görüşün sonunda ekspertlər təklif olunan dəyişikliklərlə bağlı razılığa gəliblər.

Qeyd edək ki, Beynəlxalq Türk Akademiyası Elm Şurasının Astanada keçirilən 5-ci iclasında “Ortaq türk tarixi”, “Ortaq türk ədəbiyyatı” və “Türk dünyası coğrafiyası” dərsliklərinin mətnləri və proqramları təsdiq edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR