Ötən ay vaksinasiya üçün növbə götürənlərin sayı açıqlanıb

Ötən ay vaksinasiya üçün növbə götürənlərin sayı açıqlanıb
# 17 oktyabr 2022 12:25 (UTC +04:00)

Sentyabrda 9208 nəfər COVID-19 əleyhinə vaksinasiya üçün onlayn növbə götürüb.

Bu barədə APA-ya İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən xəbər verilib.

Onların 8421-i Coronovac, 787-si isə Pfizer peyvəndi üçün növbə götürüb. Ötən ay SputnikV vaksini üçün müraciət olmayıb.

Eyni zamanda onlayn qaydada əldə edilən COVİD-19 PZR nəticələrin sayı isə 24 321 ədəddir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR