Ötən il 54 mindən çox nikah qeydə alınıb

Ötən il 54 mindən çox nikah qeydə alınıb
# 14 fevral 2024 15:25 (UTC +04:00)

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2023-cü il ərzində ölkədə 54 200 nikaha daxilolma və 21 688 boşanma halları qeydə alınıb.

Dövlət Statistika Komitəsindən APA-ya verilən xəbərə görə, 2022-ci illə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 6,1-dən 5,3-ə düşüb, boşanmaların sayı isə 1,6-dan 2,1-ə qədər artıb.

Nikah səviyyəsi Bakı şəhəri (5,6), Şərqi Zəngəzur (6,2), Qarabağ (6,1), Mil-Muğan (5,9), Dağlıq Şirvan (5,8), ŞirvanSalyan (5,7), Qazax-Tovuz və Mərkəzi Aran (5,5), Quba-Xaçmaz (5,4) iqtisadi rayonlarında ölkə göstəricisindən yüksək olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR