"Bu günə qədər ümumilikdə 40 mindən çox abunəçi nömrələrini "Bakcell"ə daşıyıb". "APA-Economics" xəbər verir ki, bunu "Bakcell" şirkətinin baş icraçı direktoru Nikolai Bekkers bildirib.
Onun sözlərinə görə, orta hesabla hər ay 100-200 abunəçi nömrəsini "Bakcell"ə daşıyır: "Aydan aya bu rəqəm fərqlənir. Oktyabr ayında 2 min abunəçi nömrəsini bizim şəbəkəyə daşıyıb".