İsmayıllı hadisələrinə görə saxlanılan şəxslərin kassasiya şikayətlərinə baxılacaq

İsmayıllı hadisələrinə görə saxlanılan şəxslərin kassasiya şikayətlərinə baxılacaq
# 06 sentyabr 2016 11:05 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ali Məhkəmədə İsmayıllı hadisələrinə görə həbs edilən şəxslərin şikayətinə baxılacaq.

 

Bu barədə APA-ya məlumat verən vəkil Nemət Kərimli deyib ki, Cəfər Cəfərov və Səftər Ağamalıyevin kassasiya şikayətlərinə sentyabrın 9-da baxılacaq.

 

Onlar barələrində bəraət hökmünün çıxarılmasını istəyir.

 

Qeyd edək ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səftər Ağamalıyev 8 il, Cəfər Cəfərov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən verilən apellyasiya şikayəti isə təmin edilməyib.

 

Xatırladaq ki, Baş Prokurorluq  və Daxili İşlər Nazirliyi İsmayıllı hadisələri ilə bağlı yaydığı birgə məlumatda qeyd olunub ki, 2013-cü  il yanvarın 23-də İsmayıllı şəhərində “Çıraq” otelinin inzibatçısı Emil Şəmdinov və tanışı Elməddin Məmmədovun sərxoş vəziyyətdə özgənin əmlakının zədələnməsi ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmələri və bununla əlaqədar hadisə yerinə toplaşmış bir qrup şəxs tərəfindən “Çıraq” hotelinin və müxtəlif markalı avtomobillərin yandırılması ilə nəticələnən kütləvi münaqişə baş verib. Törətdikləri hüquqazidd əməllərə görə E. Şəmdinov və E. Məmmədov cinayət məsuliyyətinə cəlb ediliblər. Bundan əlavə hadisələr zamanı polisə müqavimət göstərən, ictimai sabitliyi pozmağa yönələn çağırışlar edən şəxslər də saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR