Pasiyentlərin və həkimlərin hüquqlarının qorunması haqqında yeni qanun hazırlanır

Pasiyentlərin və həkimlərin hüquqlarının qorunması haqqında yeni qanun hazırlanır
# 13 iyun 2019 13:56 (UTC +04:00)

“Pasiyentlərin və həkimlərin hüquqlarının qorunması ilə bağlı yeni qanun layihəsi hazırlanır”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin növbədənkənar sessiyasının iclasında Parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib.

Ə.Əmiraslanov yeni qanun layihəsinin yaxın günlərdə ictimai müzakirəyə çıxarılacağını nəzərə çatdırıb: “Pasiyentlərin hüquqları haqqında” qanun layihəsində bütün bu məsələlər əksini tapacaq”.

Qeyd edək ki, deputat Rəşad Mahmudov parlamentdə çıxışında həkimlərin zorakılıqdan qorunmasının zəruri olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR