Bakı - APA. Avstriyada təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ikinci yoldaşlıq oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, “Kapfenberq” (Avstriya) klubunun U-17 komandası ilə qarşılaşan millimiz 2:1 hesabı ilə qələbə qazanıb.
Komandamızın hər iki qolunu “Qəbələ”nin futbolçusu Fərid Nəbiyev vurub.
Qeyd edək ki, bu toplanış çərçivəsində keçirdiyi ilk yoldaşlıq oyununda Təbriz Həsənovun yetirmələri Avstriyanın “Zimmerinq” klubunun U-16 komandasını 7:0 hesabı ilə məğlub etmişdi.