Professor Buludxan Xəlilov vəfat edib

Professor Buludxan Xəlilov

© APA | Professor Buludxan Xəlilov

# 27 sentyabr 2021 11:17 (UTC +04:00)

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Müasir Azərbaycan dili kafedrasının müdiri, filologiya elmləri namizədi, professor Buludxan Xəlilov vəfat edib.

Bu barədə APA-ya universitetdən məlumat verilib.

55 yaşlı alim uzun müddət idi xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Qeyd edək ki, Buludxan Xəlilov 1966-cı il iyulun 25-də Qərbi Azərbaycanın Amasiya rayonunun Ellərkənd kəndində anadan olub. Kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsil alıb. Əmək fəaliyyətinə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili kafedrasında laborant kimi başlayıb. Burada baş laborant, müəllim kimi fəaliyyət göstərib. 2001-ci ildən professor olan B.Xəlilov vəfat edənə qədər Universitetin Müasir Azərbaycan dili kafedrasının müdiri kimi çalışırıb. O, eyni zamanda Dədə-Qorqud elmi-tədqiqat laboratoriyasına başçılıq edib. "Filologiya məsələlərinə dair tematik toplu"nun redaktoru olub. Ədəbi dilin tədqiqinə dair bir sıra monoqrafik əsərin müəllifidir. XX əsrin 90-cı illərindən dövri mətbuatda elmi, elmi-kütləvi məqalələrlə çıxış edib.

Allah rəhmət eləsin.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR