Prokurorluq əməkdaşları növbəti ağacəkmə kampaniyası keçiriblər

Prokurorluq əməkdaşları növbəti ağacəkmə kampaniyası keçiriblər
# 28 sentyabr 2019 12:57 (UTC +04:00)

Baş Prokurorluğun, Bakı şəhər və paytaxtın tabe rayon prokurorluqlarının əməkdaşları “Nəsimi ili” və prokurorluq işçilərinin peşə bayramı münasibətilə ağacəkmə kampaniyası keçirib.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbir çərçivəsində paytaxtın Suraxanı rayonu ərazisində - Heydər Əliyev adına hava limanına gedən yolun Zığ qəsəbəsinin yaxınlığında 1 hektar ərazidə mindən artıq müxtəlif növ ağaclar əkilib.

Abşeron yarımadasının iqliminə uyğun olaraq əkilən ağacların küləkdən qorunması üçün dirəklər basdırılıb və onların inkişafı üçün münbit torpaq və mineral gübrələrdən istifadə olunub.

Həmçinin, əkilən ağacların mühafizəsi və mütəmadi olaraq onlara qulluq göstərilməsi məqsədilə bütün zəruri tədbirlər görülüb. Aksiyanın gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR