Türkiyənin Baş Qərargah rəisindən erməni deputata cavab: “Bunu isbat etməyən şərəfsizdir”

Türkiyənin Baş Qərargah rəisindən erməni deputata cavab: “Bunu isbat etməyən şərəfsizdir”
# 20 noyabr 2016 12:23 (UTC +04:00)

”Qalileyə qarşı çıxılması dünyanın öz oxu ətrafında dönməsi gerçəyini dəyişdirmədi”.

APA-nın məlumatına görə, bunu NATO Parlamentar Assambleyasının (PA) İstanbulda keçirilən 62-ci sessiyasında Ermənistandan olan deputat Koruyn Nahapetyanın “erməni soyqırımı” barədə sualına cavab verərkən Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Hulusi Akar bildirib.

H. Akar erməni millət vəkilinin sualını tarixi həqiqətlərin saxtalaşdırıla bilməyəcəyinə dair örnək verərək cavablandırıb: “Qaliley dünyanın öz oxu ətrafında döndüyünü deyəndə ona inanmadılar, ancaq, bu, həqiqəti dəyişdirmədi. Bəhs etdiyiniz “erməni soyqırımı”nın olmaması da izim üçün o tarixi həqiqtələrdən biridir. Siz bunu nə qədər gündəmə gətirsəniz də, tarixi həqiqət dəyişməyəcək”.

K. Nahapetyanın noyabrın 19-da Suriyanın Hələb şəhərində Türkiyə-İŞİD terror təşkilatı əməkdaşlığı nəticəsində 5 nəfərin ölməsi barədə iddiasına isə H. Akar sərt reaksiya verib: “Türk ordusu indiyə qədər Hələbdə tək güllə də atmayıb. Bunu isbat etməyən şərəfsizdir, isbat etsəniz, istefa verməyə hazıram. Sözünüzü geri götürrməyinizi tələb edirəm”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR