Qaxda şadlıq sarayının rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub

Qaxda şadlıq sarayının rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub
# 13 sentyabr 2021 12:55 (UTC +04:00)

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Qax rayonu, Qıpçaq kəndində fəaliyyət göstərən “Araz” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin pozulduğu aşkar olunub.

AQTA-dan APA-ya verilən məlumata görə, yoxlama zamanı pandemiya dövrünün tələblərinə əsasən, xidmət göstərən işçi heyətin bəzilərinin tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi məlum olub. Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR