Qəzadan sonra əməliyyat olunan PFL prezidenti və vitse-prezidentinin vəziyyəti açıqlanıb

Qəzadan sonra əməliyyat olunan PFL prezidenti və vitse-prezidentinin vəziyyəti açıqlanıb
# 17 dekabr 2023 14:46 (UTC +04:00)

Dünən əməliyyat olunan Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov və PFL vitse-prezidenti Aslan Şahgəldigevin vəziyyəti stabildir.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Liv Bona Dea Hospitalın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, onların reanimasiya şəraitində müalicələri davam edir.

"Digər 4 xəstə isə stasionar şəraitdə müalicə alır. Ümumi vəziyyətləri nisbi-stabildir", - deyə qeyd edilib.

Qeyd edək ki, dekabrın 16-da Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində “Mercedes” markalı mikroavtobusun yol kənarındakı maneəyə çırpılması nəticəsində 6 nəfər - PFL-in prezidenti Elxan Səmədov, PFL-in vitse-prezidenti Aslan Şahgəldiyev, PFL-in icraçı direktor Zaur Hacıməhərrəmov, PFL-in texniki-idman direktoru Elgiz Abbasov, PFL-in media və marketinq direktoru Sənan Abdullayev və sürücü Rasim Qafarlı xəsarət alıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR