Qorxmaz Hüseynov: "Qobustan və Ağstafada suyun codluğu çox yüksək idi"

Qorxmaz Hüseynov: "Qobustan və Ağstafada suyun codluğu çox yüksək idi"
# 07 noyabr 2019 13:14 (UTC +04:00)

"Suyun keyfiyyət parametrlərinə görə Qobustan və Ağstafada suyun təmizlənməsi ilə bağlı yeni texnologiya tətbiq etmişik".

APA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında keçirilən ənənəvi mətbuat konfransında “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bildirib.

Onun sözlərinə görə, o ərazilərdə suyun codluğu çox yüksək olub: "Biz orada optimal təmizlik aparırıq ki, suyun tərkibində olan minerallar, insan orqanizmi üçün faydalı olan komponentlər tamamilə yox olmasın. Su müəyyən faiz təmizlənir, codluq əmsalı normaya salınır, sonra əhaliyə verilir".

Q. Hüseynov bildirib ki, bölgələrdə ən böyük layihələrdən biri mənbəyi Şəmkirçay su anbarından götürülən Şəmkirçay su qurğuları kompleksidir: "Bu qurğunun sutkalıq məhsuldarlığı 140 min kubdur. Bu qurğu vasitəsilə Gəncə, Samux və Şəmkir şəhərlərində su təchizatını həyata keçiririk. Artıq layihə başa çatıb, orada sazlama işi aparılır. Düşünürəm ki, ilin sonuna qədər biz artıq ilkin istiqamətdə Şəmkir şəhərinə su verməyə başlayacağıq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR