Radiotezlik istifadəçilərinə vurulan zərərə görə kompensasiyanın verilməsi şərtləri təsdiq edilib

Radiotezlik istifadəçilərinə vurulan zərərə görə kompensasiyanın verilməsi şərtləri təsdiq edilib
# 28 dekabr 2023 19:04 (UTC +04:00)

“Radiotezliklərin müddətli ayrılmasına keçid ilə əlaqədar olaraq, radiotezlik istifadəçilərinə vurulan zərərə görə kompensasiyanın verilməsi şərtləri və mexanizmi təsdiq edilib.

APA xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, Kompensasiya Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Dövlət Radiotezliklər İdarəsinin hesabına maliyyələşdiriləcək. Ayrılmış radiotezliklərin (radiotezlik zolaqlarının) qüvvədə olan tezlik zolaqlarının ayrılması cədvəlinə və radiotezliklər spektrinin perspektiv istifadə planına uyğunlaşdırılması məqsədilə Azərbaycan
Respublikasının Radiotezliklər üzrə Dövlət Komissiyası tərəfindən müvafiq qərar qəbul edilir.

Dövlət Komissiyasının qəbul etdiyi qərar 10 iş günü müddətində keçid ilə əlaqədar radiotezlik istifadəçisinə vurulan zərərə
görə kompensasiyanın məbləğinin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyinə göndərilir.

Radiotezlik istifadəçisinə vurulan zərərə görə kompensasiyanın məbləği Nazirlik tərəfindən müəyyən edilir. Nazirlik kompensasiya məbləğini müəyyən etmək üçün

Aşağıdakı tədbirləri həyata keçirir:

- radiotezlik istifadəçisi tərəfindən istifadə edilən radiotezliklərdə (radiotezlik zolaqlarında) istifadə olunan dövlət
qeydiyyatında olan radioelektron vasitələrinin mövcudluğu və onların sayı haqqında məlumat toplayır və təhlil edir;

- radioelektron vasitələrin bazar qiymətləri və amortiza-siyası haqqında məlumat toplayır və təhlil edir;

- radiotezlik istifadəçisinə ödəniləcək kompensasiya ilə əlaqədar müzakirələr aparır;

- razılaşma əldə edilmədikdə və ya kompensasiya məbləğinin müəyyən edilməsində əlavə mütəxəssis rəyinə ehtiyac
yarandıqda, radiotezlik istifadəçisinin hesabına müstəqil qiymətləndirici cəlb edir;

- radiotezlik istifadəçisi tərəfindən istifadə edilən radiotez-liklərdə (radiotezlik zolaqlarında) işləyən radioelektron vasitələri,
onların sayı, bazar qiymətləri, amortizasiyası haqqında toplanılmış məlumatları təhlil edir və vurulmuş zərər üzrə ödəniləcək
kompensasiyanın məbləğini müəyyən edir.

Dövlət Komissiyasının qərarı qeydiyyata alındığı tarixdən 30 iş günü müddətində qiymətləndirmə təşkil olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR