Putin: "Suriyada döyüşən əcnəbilərin təxminən yarısı MDB ölkələrinin vətəndaşıdır"

Putin: "Suriyada döyüşən əcnəbilərin təxminən yarısı MDB ölkələrinin vətəndaşıdır"
# 12 aprel 2017 12:10 (UTC +04:00)

"Suriyada təxminən 20 minə yaxın əcnəbi döyüşür. Onlardan 9 mini MDB ölkələrinin vətəndaşıdır".

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin "Mir" telekanalına müsahibəsində bildirib.

 

"Bu 9 minin təxminən yarıdan azı isə Rusiya vətəndaşıdır. 5 min nəfər isə Mərkəzi Asiya, KTMT-yə üzv ölkələrin payına düşür. Ona görə də təhlükə çox böyük və realdır. Biz bunu bilirik, bu təhlükənin miqyasını anlayırıq. Təhlükəni minimallaşdırmaq üçün hər şey etməliyik. Bunun üstündə işləyirik", - deyə Rusiya lideri vurğulayıb.

 

Putin Suriyadakı Rusiya hərbi kontingentinin əsas vəzifələrindən birinin terrorçu təşkilatların tərkibində döyüşənlərin ölkəyə geri dönüşünün qarşısını almaqdan ibarət olduğunu söyləyib: "Suriyada beynəlxalq terrorçularla döyüşən hərbçilərimiz onların geri dönə bilməmələri üçün ordadırlar. Onların əsas məqsədi məhz budur".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR