Bakıda dənizdə batmaq təhlükəsi ilə üzləşmiş 3 nəfər xilas edilib

Bakıda dənizdə batmaq təhlükəsi ilə üzləşmiş 3 nəfər xilas edilib
# 09 avqust 2016 17:23 (UTC +04:00)

Bakı – APA. Bakıda dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşmiş şəxs xilas edilib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, hadisə Sabunçu rayonunda baş verib.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıblar və aidiyyəti üzrə təhvil veriblər.

Xəzər rayonunda isə iki nəfər dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşib. Onların hər ikisi xilasedicilər tərəfindən xilas edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR