Zaqatalada 25 yaşlı oğlan bıçaqlanıb

Zaqatalada 25 yaşlı oğlan bıçaqlanıb
# 04 avqust 2016 07:53 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov - APA. Zaqatalada 25 yaşlı oğlan bıçaqlanıb.

 

Zaqatala Mərkəzi Rayon Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, avqustun 3-də saat 23.00 radələrində şəhər sakini, 1991-ci il təvəllüdlü Şamil Musa oğlu Zənqiyev bıçaq yarası xəsarəti ilə xəstəxanaya daxil olub. Onun üzərində cərrahiyə əməliyyatı aparılıb, vəziyyəti orta-ağır qiymətləndirilir.

 

Rayon Polis Şöbəsindən APA-ya bildirilib ki, hadisə şəhərin Azərbaycan prospektində baş verib. Zərərçəkən Şamil Zənqiyev və bir neçə şəxslə  mübahisə edərkən, bıçaq xəsarəti alıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR