QMİ-nin sabiq sektor müdirinin məhkəməsində şahidlər ifadə veriblər

QMİ-nin sabiq sektor müdirinin məhkəməsində şahidlər ifadə veriblər
# 23 avqust 2016 14:40 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ilahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin sektor müdiri olmuş Elşən Mustafaoğlunun məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrlik etdiyi proses qapalı keçirilib.

Vəkil Əfqan Məmmədovun verdiyi məlumata görə, prosesdə şahidlərin dindirilməsi davam edib. Prosesdə İslam Partiyasının sabiq sədr əvəzi Elçin Manafov ifadə verib.

Məhkəmə prosesi avqustun 30-da davam etdiriləcək.

Qeyd edək ki, E. Mustafaoğlu 2014-cü ildə həbs olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən təqsirləndirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR