Bakı. Türbət Bağırova - APA. İstanbulun Sultanəhməd Meydanında partlayışın arxasında İŞİD terror qruplaşması dura bilər.
APA-nın “Reuters” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə təhlükəsizlik orqanlarındakı mənbə bildirib.
Qeyd edək ki, bu gün Sultanəhməd Meydanında terrorçu-kamikadzenin özünü partlatması nəticəsində 10 nəfər ölüb, 15 nəfər yaralanıb.