Referendumqabağı təşviqatın aparılması üçün ayrılan açıq və qapalı yerlər açıqlanıb

Referendumqabağı təşviqatın aparılması üçün ayrılan açıq və qapalı yerlər açıqlanıb
# 24 avqust 2016 00:47 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi (referendum) ilə əlaqədar Bakıda və regionlarda təşviqatın aparılması üçün ayrılan açıq və qapalı yerlər açıqlanıb.

APA-nın məlumatına görə, “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna uyğun olaraq şəhər və rayonlarda 117 seçki dairəsi üzrə 128 açıq və 128 qapalı yer müəyyən edilib.

Qeyd edək ki, referendum üzrə qeydə alınmış təşviqat qrupları tərəfindən referendumqabağı təşviqatın aparılmasına 2016-cı il sentyabrın 3-də başlanacaq. Təşkiqat sentyabrın 25-i saat 8.00-da dayandırılacaq. Təşviqat üçün Bakı və regionlarda ayrılmış açıq və qapalı yerlərin siyahısı bu gün dərc edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR