Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi bu gün başa çatır

Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi bu gün başa çatır
# 22 avqust 2023 10:48 (UTC +04:00)

Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi başa çatır.

Dövlət İmtahan Mərkəzindən APA-ya bildirilib ki, namizədlər müsabiqədə iştirak etmək üçün 22 avqust saat 23:59‑dək bu linkə daxil olaraq ixtisas seçimi etməlidirlər.

Müsabiqəyə buraxılan namizəd bitirdiyi baza ali tibb təhsili istiqamətinə uyğun ixtisasları seçir, sonra onların kodlarını öz elektron ərizəsindəki ixtisas seçimi formasına istədiyi ardıcıllıqla daxil edib təsdiqləyir. Seçilmiş ixtisasların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı əsas kimi götürülür və namizəd qəbul imtahanında topladığı bala əsasən müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.

Nəzərinizə çatdırırıq ki, “Rezidentura” jurnalının 3-cü nömrəsində “Namizədin elektron ərizəsi”ndə ixtisasların seçimi və təsdiqi üçün təlimat, "Namizədin elektron ərizəsi"ndə ixtisas seçimi formasının nümunəsi, rezidenturaya qəbul aparılan ixtisaslar və onların plan yerləri dərc edilib.

Jurnalı "Abituriyent" satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR