Bakı. Fərid Mirzəyev – APA. Ali təhsil müəssisəsinin təhsil haqqını ABŞ dolları və ya digər bir ölkənin pul vahidi ilə tələb etmə haqqı yoxdur. Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan tələbələrin təhsil haqqı Azərbaycan manatı ilə ödənilir.
Qeyd olunub ki, bu, tələbə ilə ali təhsil müəssisəsi arasında bağlanmış müqavilədə də öz əksini tapıb.
Qeyd edək ki, bir müddət əvvəl bəzi kütləvi informasiya vasitələrində Bakı Qızlar Universitetində təhsil alan tələbələrdən manatın üzən məzənnəyə keçidindən sonra təhsil haqlarının dollarla ödənilməsi tələb olunduğu barədə məlumatlar dərc olunub.