Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi və şagirdlərin nümunəvi məktəbdaxili nizam-intizam qaydaları haqda layihə sənədi hazırlanıb.
APA xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məlumat verib.
Bu gün layihənin təqdimatı keçirilir. Təqdimat mərasimində təhsil ictimaiyyəti, millət vəkilləri və media nümayəndələri iştirak edir.