Saytlara şəxsi heyət və texnikanın hərəkəti haqqında məlumatları yaymaq qadağan edilir

Saytlara şəxsi heyət və texnikanın hərəkəti haqqında məlumatları yaymaq qadağan edilir
# 12 dekabr 2023 15:47 (UTC +04:00)

İnternet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında məlumatların yayılmasına yol verməməlidir.

APA xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsində müzakirə edilib parlamentin plenar iclasa tövsiyə edilən “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, bu halda dövlət orqanları (qurumları) tərəfindən ictimaiyyətə açıqlanan məlumatlar istisna edilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR