Təhsil İdarəsi Azərbaycanın dövlət müstəqilliyinin 25-ci ildönümü ilə bağlı tədbir keçirib

Təhsil İdarəsi Azərbaycanın dövlət müstəqilliyinin 25-ci ildönümü ilə bağlı tədbir keçirib
# 17 oktyabr 2016 15:18 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün Bakıdakı 1 nömrəli orta məktəbdə Bakı şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə Azərbaycanın dövlət müstəqilliyinin 25-ci ildönümünə həsr olunan “Azərbaycanın dövlət müstəqilliyi Azərbaycan xalqının milli sərvətidir” adlı bayram tədbiri keçirilib. APA-nın xəbərinə görə, tədbirdə çıxış edən BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik edib. Azərbaycanın müstəqilliyinin bərpasından sonrakı 25 ildə əldə olunmuş uğurlardan danışan idarə müdiri təhsil sahəsində həyata keçirilən islahatların nəticələrindən bəhs edib: “İdarənin tapşırığı əsasında, bu gün Bakının bütün məktəblərində müxtəlif səpkili tədbirlər keçirilir, uşaqların əl işləri sərgilənir, inşa yazı müsabiqəsi təşkil olunur”.

Tədbirdə paytaxtın məktəbdənkənar təhsil müəssisələri və ümumi təhsil məktəblərinin bədii özfəaliyyət kollektivlərinin ifasında Vətənə həsr olunmuş şeir və mahnılar səsləndirilib, rəqslər, ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR