Şəki DYP-nin binasının damını külək uçurub - FOTO

Şəki DYP-nin binasının damını külək uçurub - FOTO
# 01 avqust 2019 14:03 (UTC +04:00)

Şəkidə güclü külək dövlət müəssisəsinə ziyan vurub.

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, ötən gün axşam saatlarında Şəki və ətraf rayonlarda küləklə müşahidə olunan yağış yağıb. Qısa müddət əsən güclü külək Şəki rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin yerləşdiyi binanın damını uçurub. Evlərə və təsərrüfata ciddi ziyan dəyməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR