Sınaq imtahanının doğru cavabları açıqlanıb

Dövlət İmtahan Mərkəzi

© APA | Dövlət İmtahan Mərkəzi

# 20 dekabr 2021 18:05 (UTC +04:00)

Dekabrın 19-da keçirilən ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi üzrə sınaq imtahanında istifadə edilmiş qapalı və kodlaşdırma tələb edən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları açıqlanıb.

DİM-dən APA-ya verilən məlumata görə, doğru cavab etalonlarə ilə buradan tanış olmaq mümkündür.

Qeyd edək ki, hazırda imtahan materiallarının emalı aparılır. Yazılı cavab verilməsi tələb olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən sınaq imtahanının nəticələrinin yaxın 10 gün ərzində elan olunması nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR