Son 18 ildə Azərbaycanda ana və uşaq ölümlərinin müqayisəli təhlili açıqlanıb

Son 18 ildə Azərbaycanda ana və uşaq ölümlərinin müqayisəli təhlili açıqlanıb
# 13 iyun 2019 15:34 (UTC +04:00)

“2018-ci ildə hər 1000 nəfər diridoğulana 11,1 promil körpə ölümü, hər 100 min nəfər diridoğulana isə 17 ana ölümü düşüb. Bu da 12,2 promil təşkil edir”.

Bunu APA-ya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdir müavini Aynur Veysəlova deyib.

O bildirib ki, 2000-ci ildə hər 1000 nəfər diridoğulana 16,4 promil körpə ölümü, hər 100 min nəfər diridoğulana 37,6 promil ana ölümü düşüb: “Bu rəqəmlər onu deməyə əsas verir ki, Azərbaycanda ana və uşaq ölümlərinin sayı kifayət qədər azalmaqdadır. BMT-nin Uşaq Fondu və Ümumdünya Səhiyyə Təşkilatı da Azərbaycan ana və uşaq ölümlərinin sayının azaldıldığını, bu sahədə çox böyük irəliləyiş əldə edildiyini qeyd edir. Aidiyyəti dövlət qurumları, habelə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hamiləlikdən əvvəl, hamiləlik dövrü, ananın öz sağlamlığına necə riayət etməli olması barədə ciddi maarifləndirmə işləri aparılır. Eyni zamanda, ailənin digər üzvlərinin də maarifləndirilməsinə çox böyük ehtiyac var. Çünki onlar vaxtlı-vaxtında hamilələrin müayinə və müalicəsinə şərait yaratmalıdırlar”.

A. Veysəlova qeyd edib ki, Dövlət Komitəsi tərəfindən hər bir ana və uşaq ölümü ilə bağlı araşdırma aparılır: “Bəzi hallarda qadın və ya kişi ailə həyatı qurmamışdan qabaq, açıq və gizli formada hansısa xəstəliklər keçirir və buna əhəmiyyət vermirlər. Lakin bu, yeni doğulanların səhhətinə birbaşa təsir edir. Onu da xüsusi qeyd etməliyəm ki, 2015-ci ildən Ailə Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, cütlüklər evlənmədən öncə məcburi qaydada tibbi müayinədən keçirlər. Ana və uşaq ölümlərinin sayının azalmasında qanunvericiliyə edilmiş dəyişikliyin çox böyük rolu var”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR